Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu məhsullar bağırsaqlarda köp yaradır

57 Baxış

Qastroentroloq, diyetoloq Sas Parsadın sözlərinə görə, alma, armud və qarpız bağırsaqlarda köp və qaz əmələ gəlməsinə səbəb olur.

Turanmedia.az Publika.az-a istinadən xəbər verir ki, mütəxəssis bu barədə “zoj.news”a danışıb. Diyetoloqun fikrincə, onların tərkibində yüksək miqdarda fruktoza bəzi insanlarda meteorizmə səbəb olur. Bununla belə, həkim vurğulayıb ki, porsiyaları azaltsanız, yetişmiş meyvələri seçsəniz və ya istifadədə fruktoza ilə qlükoza arasında balans saxlasanız, fəsadları minimuna endirmək olar.

“Meyvələrdə fruktoza-qlükoza balansımı gözləməklə fruktozanın mənimsənilməsini yaxşılaşdıra bilərsiniz. Məsələn, bananda fruktoza ilə müqayisədə qlükoza nisbətən yüksəkdir. Ərik, şaftalı, gavalı və ananas da yaxşı seçimdir. Balıq və kartof kimi çox yağlı qızardılmış qidalar, həmçinin yağlı peçenye, şokolad və yağlı ət də artıq qaz əmələ gəlməsinə səbəb olur. Çox miqdarda laktoza olan süd və süd məhsulları laktoza dözümsüzlüyü olan insanlarda meteorizmə səbəb ola bilər. Bu baxımdan inək südünü kokos və badam südü ilə əvəz etmək yerinə düşər.

Süni dadlandırıcıların istifadəsi də qaz istehsalının artmasına və şişkinliyə səbəb ola bilər. Söhbət şəkərsiz qatıqlara əlavə edilən sorbitol və mannitoldan gedir. Qatıq alarkən etiketdə bu maddələrin olub-olmadığını oxuyun”, – Sas Parsad vurğulayıb.

Diyetoloq xəbərdarlıq edib ki, mal əti tərkibindəki kükürd tərkibli amin turşuları səbəbindən bəzi insanlarda qaz əmələ gətirir.

“Zülallar, o cümlədən mal ətindən olan zülallar həzm prosesində kükürd birləşmələrinin, xüsusən də hidrogen sulfidinin sərbəst buraxılmasına gətirib çıxarır ki, bu da mədə-bağırsaq traktında qaz əmələ gəlməsinin artmasına, şişkinlik və narahatlığa səbəb olur. Mal ətinin tərkibində yüksək miqdarda kükürd olan tərəvəzlərlə, məsələn, brokoli və gül kələmi ilə birlikdə yeyilməsi də “partlayıcı təsir” göstərəcək. Qırmızı ətin həddindən artıq qaz və ya narahatlığa səbəb olduğu insanlara mal ətinin yumşaq hissələrini, toyuq əti, balıq və ya proteinlə zəngin olan tərəvəzləri sınamaq tövsiyə olunur” , – qastroentroloq yekunda deyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678