Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstanbul və ətrafı payızsevərlərin yolunu gözləyir

31 Baxış

Zəngin tarixi irsi, canlı mədəniyyət və incəsənət nümunələri və ləzzətli mətbəxindən savayı, İstanbul və ətraf bölgələri payız aylarında heyrətamiz mənzərəli trekking marşrutları təklif edir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, şəhərin mərkəzində və ya yaxınlığında yerləşən bu marşrutlar payızda İstanbul və ətrafını kəşf etmək istəyən təbiətsevər səyahətçilər üçün çoxlu imkanlar yaradır. Tətiliniz zamanı şəhər ətrafındakı unikal flora və heyvanlarla dolu mənzərələri və meşələri kəşf edərkən bu trekking marşrutlarını izləyə bilərsiniz. Təbiətdə bənzərsiz bir yürüyüşdən həzz almağınız üçün İstanbul və ətrafındakı ən yaxşı trekking marşrutlarının siyahısını tərtib etdik.

Şəhərin qəlbindən təbiətin qucağına

5300 hektar ərazisi ilə Belqrad Meşəsi İstanbulda təbiətdən və açıq hava fəaliyyətlərindən həzz almaq üçün ən yaxşı yerlər sırasındadır. Belqrad meşəsindəki altı kilometr uzunluğundakı yol parkın girişindən başlayır, qədim İstanbulun gözəl təbiət mənzərələrini və memarlıq möcüzələrini əhatə edir. Şəhərin səs-küyündən qaçmaq üçün Belqrad meşəsində piknik edə, çadırlarınızı qura və ya velosiped sürə bilərsiniz.

Polonezköy, İstanbula yaxın olması səbəbindən təbiətsevərlərin başqa bir məşhur qaçış yeridir. Piknik və düşərgə sahələri, meşə gəzinti yolları və 3000 hektardan geniş olan ərazisi ilə Polonezköydə ziyarətçilərini gözləyən qırmızı maral, cüyür, dələ, kəklik və sağsağanların məskunlaşdığı Təbiət Parkı var.

İstanbulun şimalında yerləşən Şile, Sarıyer və Arnavutköy bölgələri də trekking və yürüyüşlə kəşf edə biləcəyiniz kiçik meşələrə ev sahibliyi edir.

Green Adventures şəhərdən bir addım öndə

İstanbuldan cəmi 1,5 saatlıq məsafədə yerləşən Ballıkayalar Təbiət Parkı müxtəlif növ gəzintilər üçün idealdır. “Təbiət Parkı və Qorunan Ərazi” olaraq təyin olunan park, açıq havada fəaliyyətlər üçün əsl cənnətdir. Kocaelinin qərbində yerləşən parkda maral və sincabları tünd qarğa, köstəbək, bülbül, cüyür kimi meşə heyvanlarını görə bilərsiniz. Trekkinqlə yanaşı, kamp, qayayadırmanma və kanyoninq fəaliyyətlərinə də qatıla bilərsiniz. Ziyarətçilərə vadilərdə, göllərdə, şəlalələrdə və dərələrdə müşahidə terrasları təqdim edən Ballıkayalar Təbiət Parkı mütləq görməli olduğunuz yerlərdən biridir.

Tekirdağın Şarköy rayonundakı köhnə kənd olan Uçmakdere də təbiətsevərlər üçün başqa bir alternativdir. Şəhər İstanbula yaxın trekking bölgələrindən biri olmaqla yanaşı, həm də əyləncəli yamac paraşütü və düşərgə imkanları təqdim edir.

Yalovanın Çınarcık rayonunda İstanbuldan avtomobillə təxminən 1,5 saatlıq məsafədə yerləşən təbiət möcüzəsi olan Erikli Yaylası həvəskarları özünə cəlb edir. Şabalıd, qarağac, alma, küknar və cökə ağaclarının kölgələri altında gəzə biləcəyiniz yayla, sakit təbiətin qoynunda “unudulmaz qaçış” təqdim edir. Ərikli yaylasında gəzinti zamanı bir anda şəlalələrlə qarşılaşa bilərsiniz. Şəlalələrin əmələ gətirdiyi kiçik göllərdə gəzintiyə çıxa və sərinləyərkən Çifte Şəlaləsi, Dipsiz gölü, Delmece yaylası və Erikli şəlaləsinin heyrətamiz mənzərələrindən həzz ala bilərsiniz.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678