Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsmayıllıda kafedə hesabı ödəmək üstündə bıçaqlanma olub

30 Baxış

Bu gün gecə saatlarında İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Pünhan Şirinovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Turanmedia.az xəbər verir ki, DİN Şəki regional qrupundan “Ölkə.Az”a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində P.Şirinova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Müəyyən edilib ki, P.Şirinov və 2007-ci il təvəllüdlü həmin yeniyetmə İsmayıllı şəhərində kafedə olarkən aralarında hesab vermək üstündə mübahisə yaranıb və 16 yaşlı Y.Ş. qarşı tərəfə bıçaqla xəsarət yetirib.

Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678