Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Reabilitasiya olunmuş vətəndaşlar könüllü şəkildə əlillikdən imtina edirlər – AÇIQLAMA

120 Baxış

Ümumi səbəbdən əlilliyi olan şəxslər müxtəlif səbəblərlə əyani müayinəyə dəvət edilirlər.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova məlumat verib.

O bildirib ki, buna qüsurlu sənədlər deyilir:

“Tibbi Sosial Ekspertiza sənədlərində müxtəlif ziddiyyətli məqamlar olanda vətəndaşlar, Səhiyyə Nazirliyinin reyestrinə inteqrasiya olunmayan şəxslər də əyani müayinələrə dəvət olunur”.

“Hazırda bəzi sağalmış və reabilitasiya olunmuş vətəndaşlar özləri könüllü şəkildə müraciət edərək əlillikdən imtina edirlər. Bu, çox gözəl məqamdır ki, insanlar sağlamlıqlarına qovuşub, reabilitasiya olunduqdan sonra qorxmadan əyani müayinəyə müraciət edərək əlillik statusundan imtina edirlər”, – deyə M.Məmmədova qeyd edib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678