Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Burun qaşıntısı şikayəti ilə həkimə getdi, şok oldu

81 Baxış

Türkiyədə burnu dayanmadan qaşınan şəxs xəstəxanaya gedəndə şok olub. O, xərçəng xəstəsi olduğunu öyrənib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Kocaeli rayonunun sakini Osman Nuri Bakıroğlu əvvəlcə buna əhəmiyyət verməyib. Burnundakı qaşınma dözülməz vəziyyətə gələndə həkimə gedib. İlkin müayinə zamanı onun burnunda şiş olduğu ortaya çıxıb. Məlum olub ki, şiş xoşxassəlidir. Dərhal əməliyyat olunaraq, burnundakı şiş götürülən Bakıroğlunun səhhəti hazırda normaldır.

Həkimlər bunun nadir xəstəlik olduğunu bildiriblər. Onlar tövsiyə edir ki, burunda sağalmayan yaralar, qaşınma, qanama olduğu durumlarda mütləq həkimə müraciət edilsin.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678