Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

50 qazı ailəsi məktəbli ləvazimatı ilə təmin edildi

318 Baxış

50 qazı ailəsi məktəbli ləvazimatı ilə təmin edildi.

Turanmedia.az xəbər verir ki, Bu gün Gənc Qazilər Ictimai Birliyi Mingəçevir filialı və Xarıbülbül restoranının rəhbəri, vətənpərvər iş adamı Hacı Vüsal Əlibəylinin birgə təşkil etdiyi “Təhsilli Gələcək”layihəsi çərçivəsində 50 qazi ailəsinin 70 övladı məktəbli çantası və məktəbli ləvazimatları ilə təmin edildi.

Tədbir dövlət himninin səslənməsi və qəhrəman Şəhidlərimizin ruhunun dərin ehtiramla yad olunması ilə başlandı.

Tədbir zamanı Lahiyənin rəhbəri Gənc Qazilər Ictimai Birliyi Mingəçevir filialı sədri Namiq İbrahimli və layihənin digər rəhbəri Günay Əlibəyli, ELTV kanalının aparıcı-redaktoru,Beynəlxalq Jurnalistər Federasiyasının üzvü İnqilab Şirinli, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları,və şəhid ailələri İctimai Birliyinin üzvü Ömərov Rüstəm çıxış edərək məktəblilərimizi yeni tədris ili münasibəti ilə təbrik edib, onlara xoş diləklərini çatdırıb.

Tədbir zamanı təkcə Gənc Qazilər Ictimai Birliyi Mingəçevir filialının qazi övladlarına yox digər cəmiyyətlərin də qazi övladları üçün məktəbli çantası və ləvazimatları hədiyyə edilib. Məktəblilərin sevinci tədbirin əsas amalına çevrildi.

Tədbirin təşkilində əsas məqsədlərdən biri də ondan ibarətdir ki, qəhrəman döyüşçülərin övladları həm atalarının döyüş yoldaşlarını həm də qəhrəman övladları bir birilərini tanısın.

Beləliklə onlarda vətənpərvərlik ruhu daha güclü inkişaf edəcək ataları və əmiləri ilə daha çox qürurlanacaqlar.

Sonda qazilər çıxış edərək tədbir təşkilatçılarına diqqət və qayğı üçün dərin minnətdarlıqlarını bildirdi. Tədbirin sonunda isə xatirə şəkli çəkildi. Əməyi keçən hər kəsə bir daha minnətdarıq.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678