Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.

238 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nəzdində fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə cari ilin 6 ayında daxil olmuş müraciətlərin təhlili nəticəsində aşkar edilmiş hüquq pozmaların qarşısının alınması barədə Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun tabeliyində olan ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə 07.09.2023-cü il tarixdə görüş keçirilmişdir.

Görüş Mingəçevir şəhər Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbdə keçirilib.Təbdirdə Təhsil Sektorunun müdiri Sevinc Həsənova, məsləhətçi Qorxmaz Abbaszadə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Mahir Əliyev, Mingəçevir Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Murad Həsənov və ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Təhsil Sektorunun müdiri S.Həsənova Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cü illər üçün Milli Fəaliyyət Planının icrası məqsədilə Azərbaycan Respublikası elm və təhsil nazirinin 23.02.2023-cü il tarixli 3-239/3-2-69 F/2023 nömrəli əmri ilə təsdiq edilmiş İş Planının “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” bəndinin 6.2 alt bəndinin icrası ilə bağlı görülən işlərə dair Mingəçevir şəhər təhsil müəssisələrində görülən işləri və qarşıda duran hədəfləri iştirakçıların diqqətinə çatdırmışdır.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri M.Əliyev çıxış edərək korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti, yerli icra hakimiyyəti orqanları ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın koordinasiyalı şəkildə iş prinsipindən söhbət açmışdır.

Daha sonra çıxış edən Təhsil Sektorunun məsləhətçisi Qorxmaz Abbaszadə korrupsiyanın anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar və korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə iştirakçılara geniş məlumat vermişdir. Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678