Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

800-ə yaxın qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib – RƏSMİ

107 Baxış

“Postmüharibə dövründə reabilitasiya müəssisələrində 800-ə yaxın qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Şağan Reabilitasiya Pansionatın rəhbəri Jalə Həsənova bildirib.

Onun sözlərinə görə, 510 qazi 2370 reabilitasiya vasitəsi ilə təmin edilib:

“Müharibədə yaralanmış hərbçilərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. 16 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb”.

O qeyd edib ki, mərkəzdə qazilərə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir:

“Müəssisədə ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlər müvafiq xidmətlərlə təmin edilir”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678