Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Füzulidə ağır qəza – 2 ölü, 5 yaralı

36 Baxış

Ötən gecə Füzuli rayonunda ağır yol qəzası baş verib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, saat 21 radələrində Həsənov Şaiq Hiday oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Füzuli rayonu Qayıdış-5 qəsəbəsi ərazisində qəza törədib. Belə ki, avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə Ş.Həsənov və avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmmədov Fizuli Ceyhun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan digər sərnişinlər – 2003-cü il təvəllüdlü Məmmədov Abid Elşən oğlu, 2002-ci il təvəllüdlü Zamanov Rəhim Arzuman oğlu, 2001-ci il təvəllüdlü Aslanov Cavanşir Rauf oğlu, 2002-ci il təvəllüdlü Əhmədov Rövşən Xaləddin oğlu və 2000-ci il təvəllüdlü Quliyev Elnur İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678