Yeniyetmə qız dəm qazından zəhərlənib

4 Baxış

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, rayon sakini 2006-cı il təvəllüdlü X.Əliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

17 yaşlı yeniyetmə qız xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.