Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Səfər Əbiyevin əmri ilə…” – Hərbi ekspertdən SENSASİON AÇIQLAMA

49 Baxış

Hərbi ekspert Ədalət Verdiyevin sosial şəbəkələrdə işdən ayrılma səbəbinin Səfər Əbiyev olmasını açıqlaması müzakirələrə səbəb olub.

Turanmedia.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Ədalət Verdiyev hələ 33 yaşı olarkən işdən ayrıldığını bildirib.

“2003-cü ildə növbəti zabit rütbəm komandanlıq tərəfindən ləngidildi, ardınca isə bəzi aldığım əmrlərin qanunsuz olduğuna görə onları yerinə yetirməkdən imtina etdim və ordudan öz ərizəmlə tərxis olunmağım barədə ərizə yazdım. 17 il ərzində bir dəfə xəbərdarlıq və töhmət almadığıma, kəşfiyyat üzrə “Usta” məharət dərəcəmin olmağına, NATO-da Azərbaycanı uğurla ilk təmsil edənlərdən biri olmağıma, son illərdə komandiri olduğum bölmənin Birlikdə ilk 3 yerdən birini tutmasına və daim attestasiyalardan yüksək bal almağıma baxmayaraq, məni general-mayor Qabil Məmmədovun təqdimatı və nazir Səfər Əbiyevin əmri ilə ordudan “xidməti uyğunsuzluq” maddəsi ilə tərxis etdilər. Həmin dönəmdə tərxis olunmaq istəyənlərin demək olar ki, əksəriyyətini bu maddə ilə xidmətdən uzaqlaşdırırdılar. Bu maddə isə başqa güc strukturunda xidmət etməyə imkan vermirdi”, – hərbi ekspert vurğulayıb.

Ə.Verdiyev deyib ki, təqaüdə çıxan zaman 33 yaşı olsa da, imtiyazlı xidmət illəri 31 il olub:

“Çünki Azərbaycanda xidmətimin 75 faizini cəbhə bölgəsində keçmişdim. Sonradan yeni müdafiə naziri Zakir Həsənova xidmətə bərpa olunmaq üçün müraciət etsəm də, ərizəmə baxan olmadı. İndi mənim kimi bir çoxlarının xidmətini baltalayan Qabil və Səfər kimilərdən heç birini Qarabağ və Zəngəzurda şanlı qələbəmizin tarixini yazan Silahlı Qüvvələrimizin yanında görmürük. Hazırda heç nədən şikayətçi deyiləm. Əlimdən gələn qədər müzəffər Ali Baş Komandanın, qəhrəman əsgərimizin və qalib dövlətimizin yanında, informasiya savaşında düşmənlərimizlə savaşın ön cəbhəsində olmağa çalışıram. Əlimdən başqa iş gəlmədiyinə görə, bu sahədə bir qədər faydalı olmaq istəyirəm”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678