Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Heydər Əliyev və Azərbaycanda ekologiya siyasəti” mövzusunda görüş keçirilib

302 Baxış

“Heydər Əliyev Azərbaycanda ekologiya siyasəti” mövzusunda görüş keçirilib

Turanmedia.az xəbər verir ki, “Heydər Əliyev İli”çərçivəsində 16 sentyabr 2023-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov və rayonun ictimayyət nümayəndələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ekologiya siyasəti” mövzusunda dəyirmi masa keçirilib.

Qeyd edək ki,görüşdən öncə Heydər Əliyevin abidəsi ziyarət olunub. Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə başlandı.

“Heydər Əliyev və ekologiya sistemi” mövzusunda M.Əfəndiyev geniş məruzə ilə çıxış edib. Digər məruzəçilər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və ekologiya institutlarının quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən söz açdılar. Umummilli Liderin siyasi kursu, dövlətçilik prinsipləri, ekologiya siyasəti haqqında fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Tədbirin rəsmi hissəsi Ulu Öndərin ömür yoluna və titanik fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başa çatdı.

Daha sonra M.Əfəndiyevin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, könüllü gənclərin iştirakı ilə Göyçay rayonunda “Təmiz Ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində iməclik tədbirləri həyata keçirilib.

“Turanmedia” saytının suallarına aydınlıq gətirən Mingəçevir 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov bildirib ki, idarənin kollektivi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı mütəmadi olaraq bu mövzuda tədbirlər həyata keçirib. Bu tədbirlərin içərisində ağacəkmə aksiyası, iməciliklər də öz yerini tapıb.

 

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678