Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elnarədən həyat yoldaşı ilə bağlı paylaşım

33 Baxış

Müğənni Elnarə Xəlilova həyat yoldaşı, keçmiş aparıcı Rövşən Cahangirovla bağlı paylaşım edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, sənətçi həyat yoldaşının ad günü olduğunu vurğulayaraq, bunları yazıb:

“Bu gün mənim ömür-gün, əsgərlik yoldaşımın, sirdaşımın, dostumun, sevgilimin, övladlarımın atası polkovnikin doğum günüdür. Yaxşı ki, varımsan, həyatımın yoldaşı, ürəyimin sirdaşısan. Həyatda arxalana biləcəyim yeganə dayağım, hər dərdimin əlacısan. Səni qismətimə çıxartdığı üçün Allahıma nə qədər təşəkkür eləsəm azdır. Hər anımın mahiyyəti, hər dəqiqəmin dəyəri, hər saatımın əhəmiyyəti və hər günümün bayramısan. Sənlə bundan sonra mənə nə olsa da zaval yoxdur. Şükür bu günümüzə. Allah heç bir ailəni böyüksüz, üzüyünü qaşsız qoymasın, amin”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678