Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Baxça-məktəb-lisey Kompleksində Bilik günü böyük coşquyla qeyd olunub

252 Baxış

2023-2024-cü tədris ilində Biləsuvar Təhsil Komleksində 500-dən çox şagird təhsil alacaq. Böyük izdiham yaşanan Bilik günündə təhsil ocağının kollektivi məzunların ənənəvi uğurlarının sevincini paylaşıblar.
Turanmedia.az xəbər verir ki, 13 ildir ki, yüksək nailiyyətləri ilə Respublikada tanınan Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Baxça-məktəb-lisey Kompleksində Bilik günü böyük coşquyla qeyd olunub. Dövlət himni səsləndirildikdən sonra Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib onlara uğurlar arzulayıb. Qonaqlara son illər təhsil ocağında tətbiq olunan ən mütərəqqi elmi texniki yeniliklər –STEAM layihəsi barədə ətraflı məlumat verilib. Çıxış edən rayon rəhbəri Faiq Qürbətov, millət vəkilləri Bəhruz Məhərrəmov, Müşfiq Cəfərov, eləcə də valideynlər Biləsuvar Təhsil Kompleksinin bu günədək əldə etdiyi özəl nailiyyətlərdən, respublikanın ali təhsil ocaqları ilə genişləndirdiyi qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, bu il də kompleksini bitirən 37 məzunun hər biri 100 faiz nəticəylə seçdiyi ixtisaslar üzrə ali məktəblərə qəbul olub. Bu ilədək Təhsil Kompleksini 283 məzun bitirib. Təhsil Kompleksi 2015-2019-cu illərdə Dövlət İmtahan Mərkəzinin elmi-statistik təhlilinin nəticəsinə uyğun olaraq, qəbul imtahanlarında şagirdlərin yüksək bal göstəricilərinə görə Ölkə birincisi elan olunub. Yeni dərs ilində Bağça və məktəbəhazırlıq sinflərindən əlavə kompleksdə 500-dən çox şagird 1-ci-11-ci siniflərdə təhsil alacaq.

Samir Qurbanov


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678