Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Britaniyadan “Bitcoin” addımı: Rəqəmsal valyuta üçün xüsusi komanda yaradıldı

119 Baxış

Böyük Britaniyada mərkəzi bankın (BoE) rəqəmsal valyuta yaratmaq imkanları qiymətləndirilir.

“Anadolu” agentliyi xəbər verir ki, bunu ölkənin Maliyyə naziri Rişi Sunak deyib.

O, ölkənin öz rəqəmsal valyutası üçün xüsusi qrup yaratdığını açıqlayıb.

Məqsəd “Bitcoin” kimi kriptovalyutaların yaratdığı bəzi çətinliklərin öhdəsindən gəlməkdir.

Ölkədəki mümkün rəqəmsal pulların nağd və bank depozitlərini əvəz etməyəcəyi bildirilib.

Beynəlxalq Hesablaşmalar Bankına (BIS) görə dünyanın ən azı 52 ölkəsi öz rəqəmsal valyutasını inkişaf etdirmək üçün çalışır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678