Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Fəaliyyətimi doğulduğum Xankəndidə davam etdirəcəyəm” – Deputatdan mühüm AÇIQLAMA

31 Baxış

“Azərbaycan Respublikası suveren ərazisi olan Qarabağ bölgəsində konstitusion quruluşu və qanun-qaydanı bərpa edir. Bu gün ermənilərin 11 min nəfərlik qanunsuz birləşmələri tərksilah olmağa razılaşdı”.

Turanmedia.az xəbər verir ki, bunu Tns-ə Xankəndinin deputatı Tural Gəncəliyev deyib.

Millət vəkili bununla bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil edən bütün ölkələrin iddialarının əsassız olduğunu vurğulayıb: “Çünki Azərbaycan çox haqlı olaraq və qanuni şəkildə erməni silahlıları təslim olmağa vadar etdi. Lokal xarakterli antiterror tədbirləri zamanı dünya ictimaiyyəti gördü ki, orada yalnız hərbi obyektlər hədəfə alınmışdı”.

Tural Gəncəliyev Azərbaycan dövlətini qınayan ölkələrə ritorik və konkret sual ünvanlayıb: “Siz ölkənizin ərazisində 11 min nəfərdən ibarət qanunsuz silahlının mövcudluğuna dözərdinizmi? Əlbəttə ki, yox. Sübutlar var ki, Azərbaycanı qınayan Avropa İttifaqı və digər ölkələr öz ərazilərində kiçik bir insident olan kimi hərbi əməliyyat reallaşdırıblar. Misal üçün, Fransa özündən minlərlə kilometr uzaqdakı Afrikaya, Liviyaya, digər yerlərə hərbi müdaxilələr edib. Bununla da guya öz ölkələrinin təhlükəsizliyini təmin etdiklərini bildiriblər”.

Deputat vurğulayıb ki, Qarabağın erməni icması ilə razılıq əldə olunması, düşmənin bizimlə hesablaşması Azərbaycanın daha bir uğurudur.

“Artıq bölgədəki dinc erməni sakinlər də girovluqdan azad olacaqlar. Aqressiv separatçı ünsürlər artıq neytrallaşdırılıb. Rusiya sülhməramlıları vasitəsilə danışıqlar əsasında bütün silah-sursat təhvil verilməkdədir. Bu məsələdə Azərbaycana heç kim maneə törədə bilməz.

Bundan sonrakı hadisələr Azərbaycanın dövləti rəsmiləri ilə Qarabağın erməni icmasının görüşünün nəticələrindən asılıdır. Ümidvaram ki, Yevlaxda baş tutacaq bu görüş bir sıra mühüm məsələlərin həlli ilə yekunlaşacaq. Mən də gələcək fəaliyyətimi, Xankəndinin millət vəkili kimi 1980-ci ildə anadan olduğum Xankəndi şəhərində davam etdirəcəyəm”, – deputat əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678