Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsinə dair müzakirələr aparılıb (FOTOLAR)

55 Baxış

Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə olub.

Turanmedia.az xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə Səhiyyə Nazirliyinin inzibati binasının, Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın, Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsinin, həmçinin Mərdəkan Reabilitasiya Pansionatının ərazisində olan qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı müraciətlərə baxılıb.

Ekoloqların, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən ictimai dinləmədə yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, Agentliyə gün ərzində ölkə üzrə müxtəlif ünvanlardan bəzən 100-200, hətta 500-ə qədər qurumuş ağacın köçürülməsi, götürülməsinə rəy verilməsi ilə bağlı müraciət daxil olur. Bildirilib ki, son vaxtlar xüsusən Bakı şəhəri və Abşeron yarımadasında ağacların quruması, qəzalı vəziyyətə düşməsi əsasən iki səbəblə bağlıdır: ya vaxtında düzgün aqrotexniki qulluq göstərilmir, ya da təbii olaraq xəstəliklə əlaqədar quruma baş verir.

Qeyd olunub ki, yaşıllıq mülkiyyətçiləri üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirsə, vaxtında monitorinq və qiymətləndirilmə aparılsa, ağacların kütləvi surətdə götürülməsi ilə bağlı müraciətlər də azalar.

Vurğulanıb ki, götürülməsi üçün müraciət edilən yaşıllıqlar arasında yaş köküstə, yarıquru olan, o cümlədən xilas edilməsi mümkün olan ağaclar da mövcuddur. Odur ki, müraciətlərin hamısına müsbət rəy verilmir. Götürülməsi vacib olan ağacların yerinə kompensasiya olaraq yeniləri əkilməli, digərlərinin isə bərpa olunması üçün budama, yaxud digər aqrotexniki qulluq göstərilməlidir.

Görüşdə Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın həyətində 60 ədəd, Səhiyyə Nazirliyinin inzibati binasının həyətyanı ərazisində 25 ədəd, Xəzər rayon Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsində 8 ədəd, Mərdəkan Reabilitasiya Pansionatının həyətyanı sahəsində 35 ədəd qurumuş və qəzalı ağacların götürülməsinin, xəstəliyə yoluxmuş ağacların isə xüsusi qaydada utilizasiyası, yerinin dərmanlanmasının vacibliyi diqqətə çatdırlılıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678