Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Seçkilər üçün texnika hazırlayan firmanın rəhbəri Trampı məhkəməyə verməyə hazırlaşır

152 Baxış

Səsvermə üçün elektron maşınlar və  proqram təminatı hazırlayan “Dominion” şirkəti ABŞ Prezidenti Donald Tramp başda olmaqla, onu seçki saxtakarlığında ittiham edənləri məhkəməyə verəcək.

CNN-in məlumatına görə, bu barədə şirkətin rəhbəri Con Pulos açıqlama verib.

O qeyd edib ki, seçkilərdən sonra “Dominionun” saxtakarlığa qarışması ilə bağlı yalan ifadələr yayan şəxsləri məhkəməyə vermək niyyətindədir və hazırkı ABŞ lideri də istisna deyil.

Xatırladaq ki, ABŞ prezidentinin vəkili Rudolf Culiani noyabrın 19-da Vaşinqtonda keçirilən mətbuat konfransında “Dominion” şirkətini keçmiş Venesuela lideri Uqo Çavez və Latın Amerikası ölkəsinin hazırkı prezidenti Nikolas Maduro, habelə amerikalı maliyyəçi Corc Soros ilə əlaqədə olmaqda günahlandırmışdı.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678