Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu 2 vasitə yüksək təzyiqi salır

36 Baxış

Tərkibində kversetin flavanoidi olan qida və içkilər arterial təzyiqin dərmanıdır.

Turanmedia.az Medicina.az-a istinadən xəbər verir ki, bu maddə qırmızı, yaşıl və bənövşəyi meyvə-tərəvəzlərdə olur.

Çinin Cənub Tibb Universitetinin alimləri yeni tədqiqatda hansı kversetinli vasitənin təzyiqi saldığını müəyyən edib. Onlar 900 insanı təhlil ediblər.

Bu adamların hamısı təzyiqdən əziyyət çəkirdi və tədqiqat müddətində kversetinli qida əlavəsi qəbul ediblər. Kversetin alma, üzüm, qaragilə, ispanaq, kələm, çay, qırmızı şərab, pomidorda olur.

Nəticələr göstərib ki, kversetin sistolik təzyiqi 3,9 millimetr civə sütunu, diastolik (aşağı) göstəricini isə 2,8 millimetr salır.

Alimlər bildirir ki, arterial təzyiqin azı 10 mm salınması ürək-damar xəstəlikləri riskini 50% azaldır. Ona görə də qırmızı şərab, qırmızı alma və ispanaq təzyiq xəstələrinin masasında olmalıdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678