Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Gəncənin raket atəşinə tutulması əmrini separatçıların lideri Arayik Arutyunyan verib” – Erməni zabit

126 Baxış

44 günlük müharibə zamanı Gəncənin raket atəşinə tutulması əmrini separatçıların lideri Arayik Arutyunyan verib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə İkinci Qarabağ müharibəsində iştirak etmiş erməni zabit danışıb. O, Gəncənin raket atəşinə tutulmasının bəzi faktlarını açıqlayıb.

“Gəncənin məhəllələri qəsdən, bilərəkdən və məqsədli şəkildə raket atəşlərinə tutulub. Əmri də Qarabağdakı separatçıların lideri Arayik Arutyunyan verib”, – deyə erməni zabit bildirib.

Zabitin sözlərinə görə, Arayik Aarutyunyan bu əmri 44 günlük müharibədə məhv edilmiş dostu Saşik Arutyunyanın qisasını almaq üçün verib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678