Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xankəndidə partlayış MÜƏMMASI: Erməni köçünün pərdəarxası və maraqlı qüvvələr

33 Baxış

Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində yaralıların sayının 200-dən çox olduğu iddia edilir. Əsas tələb kimi hava məkanının açılması, yaralıların helikopterlərlə Ermənistana daşınması irəli sürülür.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı siyasi şərhçi Asif Nərimanlı bildirib ki, əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər.

“Hava məkanının açılmasında ən çox maraqlı olanlar separatçılardır, həm keçmiş, həm hazırkı “rəhbərlər”.

Onun sözlərinə görə, keçmiş “rəhbərlər” təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə yaşayır: “Onlar Laçın yolundan çıxmağa risk etmədikləri üçün helikopterlə getməkdə maraqlıdır. Hazırkı “rəhbərlər”in əsas missiyası Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədləri, yaxud hansısa daşına bilən əşyaları “təhlükəsiz” şəraitdə bölgədən çıxarmaq ola bilər”.

Ekspert bildirib ki, benzin çəninin dolu olub-olmaması da hadisə ilə bağlı ehtimalların yönünü dəyişə bilər: “Əgər çən dolu olubsa, bu partlayış ermənilərin Ermənistana getməsini səngidəcək. Nəqliyyat üçün yanacaq problemləri var idi, Yevlax görüşündə bizdən istədilər, verildi. Yəni dolu çən partlayıbsa, yanacaq problemləri olacaq, erməniləri daşımaqda çətinlik yaranacaq. Ermənilərin kütləvi getməsini istəməyənlər də maraqlı ola bilər”.

Bəzi yerli eksperlər isə düşünür ki, ermənilərin bu şəkildə kütləvi köçünə gərək yox idi. Bununla beynəlxalq ictimai rəydə Azərbaycana qarşı nifrət yaratmaq məqsədi güdülə bilərlər. Belə ki, ermənilərin qorxu səbəbindən qaçdığını göstərmək istəyən qüvvələr mövcuddur.

Həmçinin bəzi mütəxəssislər köç görüntülərinin Ermənistan hakimiyyətinə və lobbisinə yaradığını deyirlər.

“Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi 6000 səhifəlik iddada “Azərpoçtun” markasından tutmuş bizim bəzi ictimai fəalların postlarına qədər bütün nümunələr var. İndi daha da zənginləşdirəcəklər”, – ekspert Sahib Məmmədov bildirib.

Qeyd edək ki, “Laçın” postundan keçən Qarabağın erməni əsilli sakinləri öz istəkləri ilə Ermənistana keçdiyini və onları buna heç kimin məcbur etmədiklərini bildirirlər.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bəyan edib ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678