Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vardanyanın saxlanılması təsdiqləndi

31 Baxış

Tanınmamış qondarma rejimin keçmiş dövlət naziri (hökumət başçısı) Ruben Vardanyan Gorusa getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanılıb.

Turanmedia.az Ölkə.Az-a istinadən xəbər verir ki, TASS etibarlı mənbələrinə istinadən informasiyanı təsdiqləyib.

Bundan əlavə haqqın.az-ın informatorları da xəbəri doğrulayıb.

Vardanyanın həyat yoldaşı Veronika Zonabend daha bir media qurumu – “RBK”yə açıqlama verib:

“Bu səhər mənim ərim minlərlə digər erməni ilə birlikdə Artsaxı tərk etməyə cəhd edərkən sərhəddə Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678