Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST-dən xəbərdarlıq: “Məktəblərdə qadağan edilsin!”

41 Baxış

ÜST-dən verilən yazılı açıqlamada bir çox ölkədə yeni tədris ilinin başladığı xatırladılıb və “nikotinsiz və tütünsüz kampusların yaradılması üçün bələdçi” 2 yeni nəşrin hazırlandığını açıqlayıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki,sözügedən nəşrlərdə şagirdlərin siqareti tərgitməsinə necə dəstək veriləcəyi, maarifləndirici kampaniyalar və onların həyata keçirilməsinə dair məlumatlar yer alıb. Bəyanatda gənclər üçün nikotinsiz və tütünsüz məktəb mühitinin yaradılması üçün 4 tövsiyə verilib. Burada məktəb kampuslarında nikotin və tütün məmulatlarının saxlanması və satışının qadağan edilməsi, bu məhsulların birbaşa və dolayı reklamının və təşviqinin qadağan edilməsi, tütün və nikotin sənayesi ilə sponsorluq əlaqələrinin qurulmaması yer alıb.

O da qeyd olunub ki, tütün sənayesinin gəncləri “amansızcasına” hədəfə alması elektron siqaretdən istifadənin artmasına səbəb olub və hər 10 siqaret istehlakçısından 9-u 18 yaşından əvvəl siqaret çəkməyə başlayıb.

Bəyanatda ÜST-ün Sağlamlığın Təşviqi Departamentinin direktoru Ruediger Kreç vurğulayıb ki, gənclər sinifdə oturarkən, çöldə oynayarkən və ya məktəb avtobus dayanacağında gözləyərkən onları passiv siqaretin zəhərli tüstüsündən, eləcə də bu məhsulları tanıdan reklamlardan qorumalıyıq.

ÜST bəyan edib ki, Hindistan, İndoneziya, İrlandiya, Qırğızıstan, Mərakeş, Qətər, Suriya, Səudiyyə Ərəbistanı və Ukrayna tütün və nikotinsiz kampüsləri dəstəkləyən siyasətləri uğurla həyata keçirən ölkələr sırasındadır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678