Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir Şəhər Təhsil Sektoru “27 sentyabr-Anım Günü”mövzusunda elmi-bədii konfrans keçirilib.

378 Baxış

27 Sentyabr-Anım Günü ölkəmizin hər yerində olduğu kimi Mingəçevir təhsil müəssisələrində də dərin hüzn və kədər hissi ilə qeyd olunmuşdur.

Turanmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlandığını xatrırlatmışdı. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur deyərək qeyd etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Tədbir müəllimlərin məruzələri ilə davam edib.
16 nömrəli tam orta məktəbin tarix müəllimi Günel Qasımova “Qanımızla bütövləşdik”, 1 nömrəli məktəbin tarix müəllimi Fizuli Əhmədov “Azərbaycanın silahlı qüvvələri,qalib ordu zəfər döyüşlərində”,14 nömrəli məktəbin tarix müəllimi Afaq Mustafayeva “Qalib sərkərdə,mərd xalq”mövzularında geniş məruzə etmişlər.
Tədbir Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvülərinin hazırladıqları kompozisiya ilə sona çatmışdır.

Esmira Hidayətova,Mingəçevir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678