Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prokurorluq işçiləri peşə bayramlarını qeyd etdilər

150 Baxış

Hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur.

Turanmedia.az xəbər verir ki, həmin gün münasibəti ilə sentyabrın 29-da Mingəçevir şəhər Prokurorluğunda tədbir keçirildi. Tədbirə prokurorluq işçiləri ilə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov, prokurorluq veteranları, hüquq mühafizə orqanlarının rəhbərləri, mətbuat işçiləri dəvətli idilər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bötüvlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhər prokuroru Qabil Səfərov respublika prokurorluğunun yaranmasının 105 illiyi münasibəti ilə çıxış edərək prokurorluğun yaranması və həyata keçirilən tədbirlər haqqında məlumat verərək əlamətdar gün münasibəti ilə prokurorluq əməkdaşlarına təbriklərini çatdırdı. Qeyd edib ki, bu gün biz fəxr hissi ilə qeyd edə bilərik ki, biz suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş bir dövlətin vətəndaşlarıyıq, buna görə biz daim Azərbaycanın uluöndəri Heydər Əliyevə və onun layiqli davamçısı müzəffər ali baş komandanımız İlham Əliyevə dərin minnətdar olmalıyıq:” Bir daha Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev başda olmaqla bütün prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını, o cümlədən Mingəçevir şəhər prokurorluğunun kollektivini peşə bayramı münasibətiylə təbrik edirəm “.

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmaylovun adından prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik etdi.
Tədbirdə prokurorun böyük köməkçisi İsmayıl Məmmədli respublika baş prokurorunun təbrikini çatdırdı. Şəhər prokurorunun müavini Balahüseyn Şabanov, veteran prokurorluq işçisi Kamil Yunusov, şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik etdilər.
Sonda veteran prokurorluq işçilərinə hədiyyələr təqdim olundu.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678