Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“ƏSRİN MÜQAVİLƏSİ TARİXİ ZƏFƏRİMİZƏ GEDƏN YOLUN BAŞLANĞICIDIR”.

143 Baxış

Mingəçevir şəhəri üzrə Təhsil Sektorunu təşkilatçılığı ilə 29 Sentyabr 2023 –cü il tarixində

Mingəçevir şəhər Nəriman Nərimanov adına 1№-li məktəbdə

“ƏSRİN MÜQAVİLƏSİ TARİXİ ZƏFƏRİMİZƏ GEDƏN YOLUN BAŞLANĞICIDIR”.

adlı elmi nəzəri konfrans keçrilmişdir.Konfrans Azərbaycan Respublikası Dövlət Himnin səsləndirilməsi,Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransı giriş sözü ilə Mingəçevir şəhəri üzrə Təhsil Sektorunu müdiri Sevinc Həsənova xanım açaraq Əsrin müqaviləsinin Azərbaycan xalqının talehində necə mühüm rol oynadığı haqqında geniş məlumat vermişdir.

Konfaransda növbəti məruzəçi məktəbin direktoru Ə.Yusifov Neft sənayesinin inkişafı tarixi adı altında məruzəsi ilə konfarns iştirakçılarına geniş məlumat vermişdir.

Növbəti məruzəçi məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi: Mehtiyeva Xanım.”Əsrin müqaviləsi”nə aparan çətin yol məruzəsi ilə çətin və keşməkeşli yol qət etmiş neft sənayesi tarixi haqqında geniş məlumatlar vermişdir.

Növbəti məruzəçilərdən məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi: Fərzəliyeva Ofeliya

öz məruzəsində Azərbaycanın 1994-cü ilin sentyabrında ən çətin maneələrə, kənar təzyiqlərə sinə gərərək “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradə və qətiyyətin nümayişi olmaqla, həm də ötən əsrin 70-80-cı illərində neft sənayesində formalaşmış enerji infrastukturuna əsaslanmasını geniş formada konfrans iştirakşılarına çatdırmışdır.

Növbəti məruzəçilərdən məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Həsənova Səbinə

“Əsrin müqaviləsi” – Azərbaycanın sürətli iqtisadi inkişafının təməli…məruzəsində məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox ciddi çətinliklərlə üzləşmişdi. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtmasından sonra bu çətinliklər aradan qalxdı və Azərbaycanın başının üstündən təhlükə sovuşdu. Ölkəmizin müstəqilliyinin möhkəmlənməsi üçün qətiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başldılması haqqında geniş məlumatlar vermişdir.

Konfransın sonuncu məruzəçilərdən məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi: Tanrıverdiyeva Günel enerji sahəsində öhdəliklərinə sadiq tərəfdaş məruzəsi ilə Azərbaycanın regionda heç bir dövlətlə enerji resusları ilə bağlı münaqişə yaşamaq istədiyini və bu istiqamət düzgün və qərəzsiz sayasət apadığı haqqında geniş məlumatlar vermişdir.

Konfransın yekununda Əsrin müqavilsəi Heydər Əliyevin Şah əsəridi adlı 5 dəqiqəlik video çarx təqdim olmuşdur.

 

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678