Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Natiq Qasımovun təkbaşına döyüşü, Balasanyanın yalanı və onun ifşası

24 Baxış

Hər bir azərbaycanlı Azərbaycanın qəhrəmanı Natiq Qasımovun hekayəsini bilir.

Turanmedia.az olke.az-a istinadən xatırladır ki, 1992-ci ilin martında Ağdam rayonunun Pirlyar/Xramort kəndində gedən döyüşlər zamanı Natiq Qasımov 5 gün təkbaşına köhnə kilsədə gizlənib və erməni quldurları ilə döyüşüb. Ermənilər əmin idilər ki, onlarla kiçik bir dəstə vuruşur. Beşinci gün erməni quldurları Xocalıdan əsir götürülmüş azərbaycanlını danışıqlara göndərdilər. O, məlumat verdi ki, kilsədə gizlənənlər təslim olmasa, ermənilər 20 əsiri güllələyəcəklər. Natiq bu insanların ölməsinə icazə verə bilməyib və əlində Azərbaycan bayrağı ilə kilsəni tərk edib.

Elə həmin axşam Natiqin yerləşdiyi kilsəyə basqın etmək cəhdində iştirak edən Vitali Balasanyan özü Natiqi dindirmək qərarına gəlib. Dindirilmənin fotolarını italyan fotoqraf Enriko Sarsini çəkib. Bunlar Natiq Qasımovun son fotolarıdır. Daha sonra Vitali Balasanyan bu dindirmədə iştirakını etiraf etməyib, hətta fotoda özünü belə tanımayıb. Daha doğrusu, özünü tanımırmış kimi göstərib. Niyə? Çünki o, dindirildikdən sonra Natiqin başına gələnləri çox gözəl bilir. Həmin hadisələrdə iştirak edən və fotoda Balasanyanı tanıyan erməni terrorçularından biri bildirib ki, dindirildikdən sonra Natiq Qasımov öldürülüb. Meyit heç vaxt Azərbaycan tərəfinə təhvil verilməyib.

Bütün Avropanın, ABŞ-nin və Rusiyanın liberal və dövlət təbliğatçılarının indi yazığı gəldiyi erməni işğalçıları haqqında bilməli olduğunuz hər şey budur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678