Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib

100 Baxış

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubiliyi münasibəti ilə Mingəçevirdə silsilə tədbirlərin keçirilməsi davam edir. Oktyabr ayının 13-də Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Ulu öndərə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” filminə baxış keçirilib.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirib ki, “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlərimiz davam edir. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında çox böyük xidmətləri vardır. Ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdə Azərbaycan xalqı çox çətinliklərlə qarşılaşmış, iqtisadi cəhətdən böhran içərisində idi. Torpaqlarımız ermənilər tərəfindən işğal olunmuşdu. Belə çətin zamanda Ulu öndər xalqın tələbi ilə hakimiyyətə dəvət edildi. Ulu öndərin böyük dövlətçilik təcrübəsi sayəsində ölkənin iqtisadi vəziyyəti yaxşılaşdı, daxili və xarici siyasət sahəsində uğurlar əldə olundu, ordu quruculuğuna başlanıldı, cəbhədə atəşkəs elan olundu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanımız parçalanmaqdan xilas olundu. Öz tarixi xidmətləri nəticəsində Ulu öndər müstəqilliyimizi qoruyub saxlamaqla bu günkü inkişaf etmiş Azərbaycanımızın əsasını qoydu.

Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və cəsarətlə davam etdirilir. Bu gün də, dünən də, əldə edilən nailiyyətlər Ulu öndərin siyasətinin davamlı nəticələridir. Onun şah əsəri olan müasir Azərbaycan etibarlı əllərdədir. Ümidlə demək olar ki, bu gündən sonra da Heydər Əliyev ideyaları daimi yaşayacaq və yeni-yeni zəfərlər qazanacaqdır.
Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyev –tarixi şəxsiyyət, görkəmli dövlət xadimi və əbədiyaşar liderdir”, MDU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu”, MDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Hüseynova “Heydər Əliyev – tariximizin qurucu xilaskar fenomeni”, Mingəçevir Turizm Kollecinin tarix müəllimi Eldar Dərişov “Azərbaycanın müasir zəfərləri Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu xəttin uğurlu nəticələridir” mövzularında məruzələrlə çıxış ediblər.

Esmira Hidayətova.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678