Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avstraliya öz vətəndaşlarına Hinsitandan qayıtmağı qadağan etdi

171 Baxış

Avstraliya hökuməti hazırda Hindistanda olan və geri qayıtmağa cəhd göstərən vətəndaşlarına xəbərdarlıq edib.

“The Hill” nəşrinin məlumatına görə, Hindistandan qayıdan Avstraliya vətəndaşları 50 min ABŞ dolları cərimə olunacaq.

Avstraliyanın səhiyyə naziri Qreq Hant bəyan edib ki, son 14 gün ərzində Hindistanda olmuş şəxslərin ölkəyə girişi məhdudlaşdırılıb. Bu tədbir həm əcnəbilərə, həm də Avstraliya vətəndaşlarına şamil olunub. Qanunu pozan şəxslərin cərimə olunmaqla yanaşı, beş ilədək azadılıqdan məhrum edilə biləcəyi də qeyd olunub.

Nazir bildirib ki, məhdudiyyət mayın 3-dən 15-dək qüvvədə olacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678