Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəbrayıldakı məzarlıqları görən səfir göz yaşlarına hakim ola bilmədi

119 Baxış

“Cəbrayılda qəbirlərin dağıdılması mənzərəsini görmək çox dəhşətli idi”. 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əfqanıstanın Azərbaycandakı səfiri Əmənullah Ceyhun bildirib.

O söyləyib ki, Cəbrayılda məzarlığın məhv edildiyini görəndə emosiyalarına hakim ola bilməyib. 

“Mən orada ağladım. Gedib qəbirləri qazıb cəsədləri çıxarıblar”, – deyə o əlavə edib. 

Səfirin sözlərinə görə, Ermənistanın törətdikləri insanlığa sığmır.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678