Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın bu addımı fransız səfiri yaman mütəəssir edib

41 Baxış

Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, separatçılığa, “boz” zonaya son qoyması fransız səfiri yaman mütəəssir edib. Amma fransız səfir açıq-aşkar ünvanları səhv salır.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının Fransanın Ermənistandakı səfirinin böhtançı açıqlaması ilə əlaqədar açıqlamasında yer alıb.

Qeyd olunub ki, işğalçı ölkə vaxtilə dünyanın 40-dan çox ölkəsini işğal etmiş, indi də müxtəlif dənizaşırı əraziləri müstəmləkə asılılığında saxlayan, daim işğalçı müharibələr aparmış Napoleonun 200 illiyini böyük təmtaraqla qeyd edən Fransadır.

Səfirin və Avropa İttifaqının Ermənistandakı missiyasının baş çəkdiyi ərazilərin əksəri vaxtilə qərbi azərbaycanlıların yaşadığı və Ermənistanın deportasiya etdiyi torpaqlardır. Lakin fransız səfir Azərbaycana və azərbaycanlılara nifrətinə, səlibçi mentalitetinə görə heç vaxt bu kimi məqamlara toxunmayacaq.

“Əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini 21-ci əsrdə Paris muzeylərində saxlayan riyakarların ittihamlarını qətiyyətlə rədd edirik”, – açıqlamada bildirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678