Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Mingəçevir şəhərinin dünəni və bu günü”mövzusunda tədbir keçirilib.

35 Baxış

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər təhsil sektoru(MARTİ) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə şəhərin 75 illiyinə həsr edilmiş”Mingəçevir şəhərinin dünəni və bu günü”mövzusunda 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə təqaüddə olan müəllimlər,MDU müəllimləri,təhsil sektorunun məsləhətçisi Qorxmaz Abbaszadə və məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdən öncə qonaqlar məktəbin foyesində şəhidlərin xatirəsinə düzənlənmiş güşəyə,şəhər haqqında yazılmış müəlliflərin kitabları i ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Dövlət himninin səsləndirilməsindən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.”Tarixi qədim ruhu gənc olan şəhərim” adlı Mingəçevirlə bağlı qısa film nümayiş olunub.
Turanmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əliyar Yusifov Mingəçevirlə bağlı,mingəçevirin təhsilində əldə olunan uğurlardan söz açıb.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri,dosent Esmira Cəfərova öz çıxışında bildirib ki, olduqca möhtəşəm və taleyüklü hadisələrlə zəngin olan 2023-cü ilin son aylarını yaşayırıq. Azərbaycan xalqının müasir milli tarixinə əbədi həkk olunacaq bu ildə baş vermiş hadisələr əzəməti ilə bir-birini tamamlayır: “Bu gün 75 yaşlı Mingəçevir şəhəri Azərbaycanın və bütün Qafqazın tükənməz enerji mənbəyi olmaqla yanaşı sülhsevər, fədakar, tolerant və qonaqpərvər insanların yaşadığı bir məkandır. Bu məkanda Azərbaycanımıza fasiləsiz nur bəxş edən professional energetiklər ordusu, Azərbaycan elminə və təhsilinə böyük töhfələr verən alimlər, milli iqtisadiyyatın avanqardları, maddi nemətlərin istehsalçıları olan əməkçi insanlar, ailə institutunun dəyərlərini göz bəbəyi kimi qoruyan möhkəm ailələr xalqımızın və dövlətimizin xoşbəxt və işıqlı gələcəyi üçün böyük rəşadətlə çalışır və doğma Mingəçevirin dünya şəhərləri sırasında layiqli yer tutması üçün heç nəyi əsirgəmirlər. Ümid edirik ki, şəhərimizin 100 illik yubileyini qeyd edəcəyimiz zaman Mingəçevir təkcə Azərbaycanda deyil, həm də bütün dünyada müasir şəhər mədəniyyətinin nümunəsi olacaq”.
Geniş məruzələrlə çıxış edən MDU-nun müəllimi,AMEA Tarix İnstitutunun dissertantı Vüsalə Mövlayeva, MDU-nun müəllimi,AMEA Arxelogiya,Etnoqrafiya və Antropologiya İnstitutunun dissertantı Aygün Qədirova Mingəçevirin qədim tarixindən, təbii-coğrafi mövqeyindən və sosial-iqtisadi inkişafından bəhs edilib. Dövlətin yüksək diqqət və qayğısı sayəsində Mingəçevirdə təhsil, mədəniyyət, incəsənət, idman və sağlamlıq sahələrində gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat veriliblər.
Tədbirin bədii hissəsində məktəbin tarix müəllimi Fizuli Əhmədovun təşkilatçılığı ilə hazırlanan şagirdlərin ifasında rəngarəng musiqi nömrələri,seirlər,rəqslər nümayiş olunub.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678