Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İş yerində cinsi qısnamaya qarşı qanun qəbul oluna bilər

27 Baxış

Azərbaycanda iş yerində cinsi qısnamanı birbaşa qadağan edən qanunun qəbulu təklif olunur.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, Dövlət Komitəsi iş yerində cinsi qısnamanı birbaşa qadağan edən qanunun qəbul edilməsi, zərərçəkmiş şəxslərin hüquqi müdafiə vasitələrinə çıxışının təmin edilməsi və cinsi qısnama ilə bağlı şikayətlərin effektiv şəkildə araşdırılmasının, təqsirkarların məsuliyyətə cəlb olunmasının və adekvat şəkildə cəzalandırılmasının, zərərçəkmiş şəxslərin qisasdan qorunmasının təmin edilməsi ilə bağlı müvafiq qurumlara tövsiyələr göndərib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678