Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İcra Hakimiyyətindən küçəyə atılan uşaqlarla bağlı AÇIQLAMA

28 Baxış

“Nənələri tərəfindən tərk edilmiş körpələr Gəncə Şəhər İcra Hakimiyyətinin nəzarətinə götürülüblər”.

Turanmedia.az-ın məlumatına görə, “Ölkə.Az” Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, 21 oktyabr tarixində səhər saatlarında Gəncə şəhərində yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edib gedib: “Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İcra Hakimiyyəti əməkdaşlarına verib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin və Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.

Uşaqların anası Cəlilova İlahə Natiq qızının narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı onlayn məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.

Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi istiqamətində iş gedir.

Hər iki uşaq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırğına uyğun olaraq nəzarətdə saxlanılır. Uşaqlar xəstəxanaya yerləşdirildikdən sonra bir neçə dəfə onlara baş çəkilib, xəstəxananın rəhbərliyi və həkimlərin iştirakı ilə sağlamlıq vəziyyətləri yoxlanılıb. Hər iki uşağın sağlamlıq vəziyyəti normaldır. Onlar Sosial Xidmətlər Agentliyinin müvafiq qərarına əsasən, oktyabrın 26-da təcili tibbi yardım maşını ilə xüsusi olaraq ayrılmış tibb işçisinin iştirakı ilə Bakı şəhərində yerləşən körpələr evinə göndəriləcəklər”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678