Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu ilin sonunda Azərbaycanın neft və kondensat hasilatı yüksək olacaq – PROQNOZ

152 Baxış

Azərbaycanın 2020-ci ilin sonu ilə bağlı neft və kondensat hasilatının proqnozu yenilənib.

Oxu.Az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, dekabr ayının proqnozuna görə, Azərbaycanın 2020-ci ilin IV rübün sonunda gündəlik neft və kondensat hasilatının orta hesabla 680 min barel olacağı gözlənilir.

Agentliyin hesabatında 2020-ci ilin III rübündə bu göstərici orta hesabla 670 min barel olub. 

Qeyd edək ki, 2019-cu ilin IV rübündə Azərbaycanda gündəlik neft və kondensat hasilatı proqnozu orta hesabla 760 min barel olub. Hazırkı proqnoz 2019-cu ilin eyni dövrü ilə müqayisədə 80 min barel azdır.   

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678