Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sülhməramlıların əməliyyat zonasının adı dəyişdi

32 Baxış

Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adı “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” adlandırıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində fəaliyyət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

Həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.

Qeyd edək ki, 25 oktyabrdan etibarən Rusiya MN gündəlik bülletenində “Qarabağ iqtisadi rayonu” ifadəsindən istifadə edir, eyni zamanda, Xankəndi də daxil olmaqla, Qarabağdakı şəhər və rayon adlarımızı əsl adları ilə adlandırır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678