Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinin məsələsini Miyatoviçlə müzakirə edib

9 Baxış

“Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ bu yaxında Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan hüquqları üzrə komissarının qarşısında qaldırılıb”.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) jurnalistlərə açıqlamasında bildirib.

“Gözləyirik ki, tez bir zamanda xəbər alaq”, – Ombudsman qeyd edib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb, saxta ittihamlarla qanunsuz olaraq həbs olunublar.