Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda qadın iki körpəsi ilə birlikdə niyə küçədə yaşayır?

23 Baxış

Bakının Xətai rayonunda bir qadının iki azyaşlı ilə birlikdə küçədə yaşadığı iddia olunur.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb.

Bildirilir ki, ana və körpələri aylardır, Xətai rayonu ərazisindəki Xəzər dairəsində tullantı qutularının yanında yaşayırlar. Uşaqlar orda yeyir, orda yatır.

Ailəyə maddi yardım edilməsinə, aylıq 1500 manatadək gəlirinin olmasına baxmayaraq, qadının bu cür yaşamağı seçdiyi deyilir.

Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə paylaşıma şərh yazaraq, ailəni tanıdığını qeyd edib: “Bu qadını biz çoxdan tanıyırıq. Dəfələrlə söhbətlər də aparılıb. Artıq məhdudlaşdırma qərarı verilməlidir. Çünki sui-istifadə halları çoxdur”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678