Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat nazirliyi ələ saldı: “Teatr afişasına oxşayır”

32 Baxış

“Elm və Təhsil Nazirliyi “Təhsilin İnkişafı Forumu 2023: Təhsildən tərəqqiyə” adlı Forum keçirir. Maraqlı ad düşünüblər. Teatr afişasına oxşayır. Məktəbəqədər və orta təhsil sistemi tənəzzül içindədir. Yuxarı sinif şagirdləri demək olar ki, dərsə getmirlər. Abituriyentlərin yarısına qədəri müxtəlif ixtisas qrupları üzrə 0-150 bal toplayır. Bunun adı funksional savadsızlıqdır”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

Deputat qeyd edib ki, ali təhsil sistemi tənəzzül içindədir.

“Misal: Böyük Britaniyanın “World University Ranking” nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Türk dövlətlərindən qlobal reytinqdə TOP-1000 siyahısına daxil olan universitetlər: 7-i Almatıda, 6-ı İstanbulda, 4-ü Ankarada…

Məmləkətimizin 1 universiteti belə TOP-1000 siyahısına düşməyib. Geriləmələr isə davam etməkdədir. Universitetlərin hər birində 1 kafedralıq yaxşı müəllim yoxdur. Proqramlar çağımızın tələblərinə cavab vermir. Dərsliklər yox səviyyəsindədir. Məncə Elm və Təhsil Nazirliyi Forumun adını “Təhsildən tənəzzülə” adlandırsaydı, daha yaxşı olardı. Tərəqqini izah etmək çox çətindir. Tənəzzülə dair isə saatlarla söhbətlər aparmaq olar”, – millət vəkili əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678