Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard manat ayrılacaq

56 Baxış

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması üçün dövlət büdcəsindən ayrılacaq vəsaitin həcmi məlum olub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, vəsaitin nə qədər olacağı Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında göstərilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2024-cü ilin dövlət büdcəsində 4000,0 milyon manat vəsait nəzərdə tutulub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678