Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2023-cü ilin ən məşhur sözü açıqlandı

54 Baxış

Britaniyanın ingilis dilindəki “Collins Dictionary” lüğəti Aİ (artificial intelligence və ya süni intellekt) qısaltmasını 2023-cü ilin sözü adlandırıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, lüğətin tərtibatçıları qeyd ediblər ki, Aİ növbəti böyük texnoloji inqilabdır, buna görə 2023-cü ildə hamı tərəfindən bu qədər fəal şəkildə müzakirə olunmaqdadır. “Collins” lüğəti süni intellekti “kompüter proqramlarından istifadə olunmaqla insanın zehni funksiyalarının modelləşdirilməsi” kimi xarakterizə edir.

2023-cü ilin digər məşhur sözləri arasında “nepo baby” (məşhur insanın yolunu davam etdirən və uğur qazanan uşaq), “greedflation” (inflyasiya böhranından faydalanmaq istəyən şirkətlərin fəaliyyəti), ULEZ (Londonda ekoloji olmayan avtomobillərin sürücülərinin buraxılmadığı ultra-aşağı avtomobil emissiya zonaları) və “debanking” (bankın müştərinin hesabını siyasi baxışlarına görə və ya heç bir izahat açıqlanmadan və ya heç bir səbəb olmadan bağlanması) də var.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678