Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ahıl şəxslərə sosial xidmətlər göstərənlərin sayı AÇIQLANDI

118 Baxış

Evdə tək yaşayan ahıl şəxslərə məişət işlərində köməklik məqsədilə sosial xidmətlər göstərilir.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib::

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə göstərilən həcm var. Bu həcm çərçivəsindən agentlik əməkdaşları tək yaşayan ahıl şəxslərə məişət işlərində sosial yardımlar həyata keçirir. Bu işlərə yemək bişirilməsi, evlərin təmizlənməsi, vətəndaşın tibb müəssisəsinə gedərkən müşayiət olunmasında, müxtəlif ərzaqların alınması və ünvana çatdırılması məsələlərində və s. köməklik olunur. Hazırda 870 agentlik əməkdaşı tərəfindən həmin imtiyazlı şəxslərə sosial yardımlar olunur.

Qeyd edim ki, pandemiya dövründə bu xidmətlər ahıl şəxslərlə yanaşı, 65 yaşdan yuxarı şəxslərə də sosial-məişət xidmətləri göstərilib. Həmin dövrdə mövcud olan qadağalarla bağlı şəxslər küçəyə çıxa bilmirdi və bizim əməkdaşlarımız həmin şəxslərə köməklik göstərirdi. Sosial məişət xidməti göstərilənlərin sayı 15 minə çatmışdı. Artıq qadağalar götürüldükdən sonra qanunvericiliyə uyğun olaraq ahıl şəxslərə bu xidmətlərin göstərilməsi davam etdirilir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678