Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İƏT nümayəndə heyəti Gəncədə raket düşən ərazilərə baxıb – FOTO

130 Baxış

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

Məlumata görə, səfər çərçivəsində diplomat heyəti Gəncə şəhərində olub. Heyət Vətən müharibəsi zamanı işğalçı Ermənistan ordusu tərəfindən dinc sakinlərin yaşadığı ərazilərə atılan ballistik raketlərlə vurulan yaşayış massivlərinə baxış keçirib. 

Bir daha bildirilib ki, İƏT olaraq daim Azərbaycan xalqının yanında olublar və hər zaman Azərbaycanın haqlı davasını istər Birləşmiş Millətlər Təşkilatında (BMT), istərsə də digər beynalxalq qurumlarda müdafiə ediblər.

Məlumat üçün bildirək ki, Gəncə və Ağdam şəhərlərinə səfər zamanı İƏT-in 9 ölkəsindən 15 nümayəndə iştirak edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678