Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Murmanskda matəm elan olundu

126 Baxış

Murmansk vilayətinin hökumət nümayəndələri “Oneqa” traulerində ölən balıqçılarla əlaqədar 29 dekabr tarixini matəm elan edib. 

Bu barədə “Zvezda” xəbər yayıb.

Qeyd edək ki, balıqçı gəmisi bir gün əvvəl Barents dənizində, Yeni Torpaq arxipelaqı yaxınlığında batıb. Gəmidə 19 nəfərdən yalnız ikisi xilas ola bilib. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, faciəyə səbəb gəminin gövdəsinin buzlanması ola bilər. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678