Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Açıq deyin: bu Zəfəri gözləyirdinizmi?

32 Baxış

1990-cı illərin əvvəllərində Azərbaycandakı xaosdan faydalanan Ermənistan Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal etdikdən sonra atəşkəs haqqında Bişkek protokolunu imzalamaq məcbuyyətində qaldıq. Bizə fasilə lazım idi, əks halda Azərbaycan üçün təhlükənin miqyası artacaqdı. Ümid edirdik ki, atəşkəs dövründə beynəxalq vasitəçilərin səyi ilə Ermənistan torpaqlarımızı azad edəcək və biz bunun qarşılığında Dağlıq Qarabağa yüksək muxtariyyət verəcəyik. Ancaq illər keçdikcə anladıq ki, Ermənistan vaxtı uzadır və ən pisi beynəlxalq vasitəçilər İrəvanın “oyun qaydalarını” qəbul ediblər.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ermənistanda hakimiyyətə yiyələnən Qarabağ separatçıları “müstəqillikdən” başqa heç bir həll planını qəbul etmirdilər:

“Bu andan etibarən anladıq ki, problemin yeganə həll yolu savaşdır və bu məqsədlə Ordumuzu gücləndirməliydik. Düşmən gücümüzü görməli idi. Belə də oldu. Ancaq açıq demək lazımdır ki, bu qədərini gözləmirdik. Ali Baş Komandanın əmrlərini yerinə yetirən qəhrəman Ordumuz 3 ilin içərisində qarşıya qoyulan bütün hədəflərə çatdı, Xankəndidə Zəfər paradı xəyal belə etməkdə çətinlik çəkdiyimiz arzularımızın reallaşmasıdır. Hədəfimizə çatmaqda Türkiyə ilə strateji müttəfiqlik və dünyada, o cümlədən bölgədəki geosiyasi şərait də işimizə yaradı. İşğal dövründə toylarımızda və şadlıq məclislərimizdə “gələn ili Şuşada, İsa bulağında keçirək” arzusu az qala rişxənd obyektinə çevrilmişdi. Bu gün nəinki İsa bulağında sudan içə bilirik, separatizmin mərkəzinə çevrilən tarixi məkanımız olan Xankəndidə parad keçiririk.

Yüz illik arzumuz reallaşdı. Allah şəhidlərimizə rəhmət eləsin!”


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678