Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabahdan pensiya, maaş və sosial yardımda artımlar…

45 Baxış

2024-cü ilin ilk günündən etibarən bir sıra sosial ödənişlərdə yeni artımlar hesablanacaq. Belə ki, yanvar ayından başlayaraq indeksasiya sisteminə uyğun olaraq pensiyalarda artımların hesablanması həyata keçiriləcək. 2024-cü ildə əmək pensiyalarındakı artım məhz 2023-cü ilin orta aylıq əmək haqqına edilən artım faizinə uyğunlaşdırılacaq. Belə ki, 2023-cü ilin geridə qalan aylarında orta aylıq əmək haqqında 11,3% artım qeydə alınıb. Bu, o deməkdir ki, mövcud tendensiya davam edəcəyi halda 2024-cü ilin yanvarında pensiyalar orta hesabla 11% artırılacaq. Artımlar əmək pensiyası alanların hamısına şamil ediləcək. Yəni məbləğdən asılı olmayaraq əmək pensiyası alan vətəndaşlarımızın pensiyasının gələn aydan etibarən 11% artırılacağı gözlənilir.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-alim, deputat Vüqar Bayramov qeyd edib. O bildirib ki, vahid indeksasiya mexanizmi formalaşdırıldığı üçün indeksasiya yolu ilə artımlar bütün əmək pensiyası alanları əhatə edir:

“Hər bir pensiyaçı öz pensiyasındakı artımları asanlıqla hesablaya bilər. Məsələn, vətəndaş 500 manat pensiya alırsa, onun pensiyasında, təxminən, 55 manat artım olacaq. İndeksasiya ilə artım fevralın əvvəlində reallaşsa da, artımlar məhz yanvar ayından hesablanır. Pensiyaçı yanvar ayında 500 manat pensiya alacaq, yanvar ayı üçün artırılmış 55 manatı isə fevral ayının pensiyası ilə birlikdə alacaq. Beləliklə, yanvar ayından qalan 55 manatla fevral ayının artımını birlikdə hesablasaq, vətəndaş fevral ayında 555 manat deyil, 610 manat pensiya alacaq. Mart ayında isə 555 manat artırılmış pensiyanı almağa davam edəcək.

Sosial yardımlara gəldikdə isə sabahdan ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.

Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdır. Bu il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat- 800 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1350 manata yüksəlir (5 nəfər X 270 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat- 800 manat) olur.

Minimum əmək haqqına gəldikdə isə, bu artımlar isə büdcə paketi ilə deyil, il ərzində ölkə Prezidentinin imzaladığı sərəncamlarla reallaşır. Son illər mütəmadi olaraq minimum əməkhaqqıda artımlar həyata keçirilir. Bunlar isə vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacib addımlardır. 2024-cü ildə minimum əməkhaqqı məbləğinin fiskal gəlirlərimizdən asılı olacağı gözlənilir. Gələn ilin büdcəsində ümumi xərclərin 45%-ni sosial xərclər təşkil etdiyindən sosial paketin genişlənmə imkanları yüksəkdir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678