Fransa hərbi texnikası Ermənistana göndərilir

8 Baxış

Fransadan göndərilən hərbi texnika Gürcüstandan keçərək Ermənistana tərəf istiqamətlənib.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Kaliber” məlumat yayıb.

Bildirilib ki, bu gecə Gürcüstanın Poti limanında Ermənistan ordusu üçün nəzərdə tutulan Fransanın “Acmat” şirkətinin istehsalı olan çoxməqsədli “Bastion” zirehli texnikası yola salınıb.

Qeyd edək ki, Gürcüstan uzun müddət öz ərazisindən Ermənistana silah daşınmasına imkan verməyib. Amma görünür, indi razılaşıb.