Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

GÖRƏSƏN, NƏ ÜÇÜN 14-23 YAŞ ARASI GƏNCLƏRİN TƏRBİYƏSİ POZULUB?!

116 Baxış

GÖRƏSƏN, NƏ ÜÇÜN 14-23 YAŞ ARASI GƏNCLƏRİN TƏRBİYƏSİ POZULUB?

Çox maraqlıdır ki, indiki dövrün 14-23 yaş arası yeniyetmələri və gəncləri tərbiyə baxımından olduqca kasıb və bədbəxtdirlər.

Onlar özlərindən böyüyə cavab qaytarır, özlərindən böyüklər ilə öz həmyaşıdları kimi rəftar edir, onlarla məzələnirlər.

Onların bu cür eybəcər hala düşməsində, görəsən, günahkar zəmanədir, yoxsa onların məhz sırf öz valideyinləri?! Zəmanəni demək olmaz. Çünki, zəmanəni Allah qoyub və Həzrəti Adəm peyğəmbər(ə.s) yarandığı gündən bu günə qədər də zəmanə çay kimi öz məcrasında axır. Aha, deməli, günah valideyinlərdədir. Çünki, valideyinlər evdə övladlarına yetərincə tərbiyə vermir, onlara ədəb-əxlaq öyrətmir.

Yeniyetmələr evlərində valideyinləri, yaxud böyükləri ilə necə rəftar edirlərsə, çöldə də tanımadıqları adamlar ilə elə rəftar edirlər. Əlbəttə ki, belə şeyin axırı yoxdur və axırı olduqca çox pis görünür. Belə səfeh gənclərin aqibəti ya həbsxanada, ya xəstəxanada və ya da ki, qəbr evində bitir.

Xüsusilə 14-23 yaş arası gənclərin hərəkətləri, fikirləri, məşğul olduqları işlər başdan-ayağa xoşagəlməz, zərərli və zəhərlidir. Bu günün 14-23 yaş arası gənclərinin işi-gücü yalnız və yalnız sosial şəbəkələr, cinayət aləmi, kompüter stadionları, siqaret, spirtli içki, hətta, yeri gələndə, narkoloji vasitələrdir. Baxın, bizim ağızdolusu dəm vurduğumuz və “Gələcəyimiz” adlandırdığımız gənclərin həyat gedişatı budur! Necə oldu ki, bizlər bu yerlərə qədər gəlib çıxa bildik?! Sözün həqiqi mənasında, indiki Azərbaycan gəncliyinə, xüsusilə yeniyetmələrə baxanda adam utanır, xəcalət çəkir, onlara lap nifrət edirsən.

Haradasa 18-22 il əvvələ qayıdanda, daha doğrusu, yəni 2000-2009-cu illərə baxanda görürsən ki, doğrudan da, o dövrdə biz gənclər böyüklərin bir sözünü iki etməz, böyüklərin toplaşdığı yerdə görünməz, onlara hörmət ilə yanaşar, qulluqlarında dayanardıq. O dövrdə böyüyün üzünə qayıtmaq, onun sözünü iki etmək həmin uşağın cəzalandırılması ilə nəticələnə bilərdi. Biz o vaxtı tərbiyəni, böyük zəhmini belə görmüşük və saf olmuşuq. Ancaq bu günün gəncləri ilə keçmişin gəncləri arasında yer ilə göy qədər fərq vardır. Bunu bilən çox gözəl bilir. Çoxları o dövrü yaşayıb, görüb.

Ümumiyyətlə, indiki valideyinlər uşaqlarına çox da ciddi nəzarət etmir, tərbiyələri ilə məşğul olmur və özbaşına buraxırlar. Sonra da, uşaq bir cinayət işi törədəndə və ya başına ağır bir iş gələndə, onda, valideyinləri ayılırlar. Gec ayılanda isə çox təəssüflər olsun ki, artıq çox gec olmuş olur.

Bir sözlə, indiki 14-23 yaş arası gənclərin üzərində həm valideyin nəzarəti və həm də ki, ictimai nəzarət olmalıdır.

Yeniyetmə ata-analarına səslənirəm! Əgər 14-23 yaş arası yeniyetmə və gənc övladlarınızın erkən zay olmasını, fikirlərinin xarab olmasını həbsxanalara və xəstəxanalara düşməsini, torpağın onları vaxtsız-zamansız udmasını istəmirsinizsə, əksinə, onların xoşbəxt olmasını və firavanlıq içərisində yaşamasını, gələcəkdə Azərbaycan üçün layiqli və barmaq ilə göstəriləcək bir vətəndaş olmasını arzu edirsinizsə, o zaman, onlara əsil valideyin təəssübkeşliyi ilə yanaşın, onların həm özlərini və həm də ki, fikirlərini mühafizə edin!

Ərtoğrul Mehdizadə

14 noyabr 2023


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678