DSX-nin vəfat edən hərbçisinin xəstəxanaya aparılma səbəbi bəlli oldu

7 Baxış

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirhüseyn Həsən oğlu Salmanlı Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən xəstəlikdən vəfat edib.

Turanmedia.az Unikal.org-a istinadən xəbər verir ki, sərhədçi qızdırma səbəbi ilə xəstəxanaya çatdırılıb. Onun tam olaraq hansı səbəbdən vəfat etdiyi araşdırılır.

Mirhüseyn Salmanlı ötən ayın ikisində hərbi xidmətə yollanıb, noyabrın 18-də andiçmə mərasimi olmalı idi. O, bu gün Cəlilabad rayonunda dəfn olunacaq.

Onun ailədə özündən başqa bir bacısı var.