Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tarixçi alim erməniləri ifşa etdi: “Onlar kilsələrində şeytana ibadət məqsədilə…”

28 Baxış

“Bir neçə gündür, erməni mediası Hadrutdakı kilsənin dağıdılması ilə bağlı hay-küy salıb. “Surb Sarğis” kilsəsi kimi qələmə verilən qədim Alban kilsəsini erməniləşdirməyə cəhd edirlər. Bizim media və Mədəniyyət Nazirliyi bunlara cavab verə bilmir ki, kilsənin ermənilərə heç bir aidiyyəti yoxdur. Çünki nazirlikdə mütəxəssislər yoxdur ki, beynəlxalq təşkilatlar təyziq edəndə cavabları verilsin”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu tarixçi alim, dosent Zaur Əliyev bildirib.

O əlavə edib ki, bu kilsənin memarlıq üslubu və tikilməsinin ermənilərlə heç bir əlaqəsi yoxdur.

“Olsa idi, 30 illik işğal dövründə kilsədə restavrasiya aparardılar, təmir edərdilər. Ən azından orda bir yazı lövhəsi qoyardılar ki, bu, erməni kilsəsidir, tarixi budur, üzərindəki naxışlar “erməni” memarlığına aiddir. Etməyiblər. Eyni zamanda kilsə qanunlarına görə, onun ətrafında heç bir tikili ola bilməz. Ancaq 30 il ərzində ermənilər divarın yan tərəfindən təsərrüfat tikilisi əlavə ediblər ki, bu da dini ibadət yerinə, tarixi abidələrə münasibətdə qəbul olunmur. 30 ildə bu kilsədə bir dini ayin belə icra edilməyib. Əvəzində içərisində anormal şəkillər çəkib, yazılar yazıblar”, – Zaur Əliyev qeyd edib.

Alim bununla bağlı foto təqdim edib.

Zaur Əliyevin sözlərinə görə, kilsənin birbaşa Qarabağda Alban xristian tarixinə aidiyyəti var: “Hadrut qəsəbəsində X-XII əsrlərə aid kilsələr var. Burada ən böyük kilsə Çinarlı kəndindəki “Ağ xaç” kilsəsidir. Müqəddəs Məryəm ana və Hünərli kəndindəki kilsələrin böyük hissəsi saxtalaşdırılıb. Hətta burada erməni katolik kilsəsi təsirini görürük. Çünki buradakı oturacaqlarda ortodoks kilsəsinə xas olmayan elementlər var. Həmçinin erməni Qriqoryan kilsəsinin simvolları var. Ermənilər bunu Qriqoryan kilsəsi hesab edirlərsə, onlara aid olmayan elementlər və simvollar orda niyə var?

Ermənilər bu kilsələrin üzərində nə qədər dəyişiklik və saxtalaşdırma etsələr də, Alban kilsəsinə aid simvol və elementlər qalıb. Bunu sübut etmək üçün sadəcə simvol və elementləri qaynaqlar üzrə hesabat formasına salıb, dünyaya təqdim etmək olar. Qarabağ və Zəngəzur ərazilərində əslində demək olar ki, hər kənddə belə qədim kilsə və monastır mövcud olub. Otuz ilə yaxın işğal dövründə xristian albanlara məxsus dini abidələrin əksəriyyətinin ilkin arxitekturasına xeyli dəyişiklik edilib, tikililər üzərində olan, tarixi sübut kimi qiymətləndirilən memarlıq elementləri, epiqrafik nümunələr dağıdılıb.

Ermənilərin iddia etdikləri kimi guya erməni kilsəsi olan bu qədim Alban məbədi Susanlıq kəndində yerləşir. Bu kəndin əhalisinin Rusiya və Sovet dövründə çoxunu Cənubi Azərbaycandan bura köçmüş Zuzanlı tayfası təşkil edib. Kənd Zuzandan gələnlər, zuzanlı kimi də tanınır. Sonradan Susanlıq adını alıb.

Burada iki qədim Alban kilsəsi olub. Birincisi “Yeddi Qapı Monastrı” adlanır. Monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarətdir ki, onlardan da dövrümüzə əsas kilsə binası qismən yaxşı vəziyyətdə çatıb. Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi (Susanlıq kəndinin keçmiş adına uyğun olaraq) kimi tanınan bu kilsə qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli Alban məbədlərindən fərqlənir. Azərbaycan xalq əfsanələrinə görə, bu kilsə döyüşdə öldürülən 7 qardaşın xatirəsinə tək bacıları tərəfindən yaradılıb. Memarlıq quruluşuna baxanda kilsənin yeddi apsidası ilə əlaqəli olmasına görə xalq əfsanəsinin doğru olduğuna inanmaq olar.

Lakin ermənilərin iddia etdikləri kilsə ərazidə olan ikinci Alban kilsəsidir. Ermənilər saxtakarlıq edərək hər iki kilsəyə qədimliyi sübut olunmayan iki xaçdaş əlavə ediblər. Bu xaçdaşların materialı və yazı üslubundan məlum olur ki, onların X, V, XII əsrlərə aidiyyəti yoxdur. Saxta daşları gətirib qoyublar hər iki kilsəyə, iddia edirlər ki, guya bura ermənilərə məxsusdur. Amma onların yalanı və saxtakar iddiaları anında sübut edilir”.

Kilsənin tikilmə tarixinə gəlincə, alim deyir ki, abidə eramızın 570-ci ilinə aiddir: “Memarlıq sırf Alban kilsə memarlığına məxsusdur. Alban memarlığında tetrakoxun iki fərqli formada dairəvi məbəd şəklində tətbiqi, dörd yarpaqlı planın artıq sadə formalarda olması məlumdur. Bu cür memarlıq üslubu Ləkit Monastrında da özünü göstərir.

Kilsənin inşaat texnikası əksər Alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud daş və əhəng məhlulu hörgüsünə əsaslanır. Kilsə qərb tərəfdə yerləşən bir girişə malik olub. Erməni kilsələrində isə daima iki giriş və bır əlavə gizli çıxış olub.

Dəyərli tədqiqatçı Faiq İsmayılov orda araşdırma aparıb və məlum olub ki, abidənin arxa, sağ tərəf yan və qarşı divarlarına, landşaftına ciddi müdaxilələr edilib, mühafizə sahəsi ermənilər tərəfindən tamamilə məhv edilib. Bununla yanaşı, abidənin giriş qapısının tağında, daxildəki tağın mərkəzi hissəsində erməni və rus dillərində adam adları, müxtəlif rəqəmlər və nalayiq ifadələr yazılıb, cənub divar sökülərək oradan pəncərə açılıb. Bu da onu göstərir ki, Susanlıq kəndindəki bu abidənin heç vaxt ermənilərə aidiyyəti olmayıb və abidə ermənilər tərəfindən hətta son 30 ildə ibadət yeri, yəni kilsə kimi istifadə edilməyib. Ermənistan tərəfindən yayılan məlumat dezinformasiya xarakterlidir, yalandır”.

Zaur Əliyev ermənilərin Alban kilsələrinin simvol və elementlərini məhv etməsinin səbəbini də açıqlayıb: “Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində, süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar Alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.

Birinci Qarabağ müharibəsi dövründə ermənilər qəsdən qədim Alban kilsələrini hədəfə alıb, top və raketlə dağıdıblar. Sonra isə guya “Azərbaycan ordusu edib”, deyə erməni diasporuna müraciət edib, milyonlarla dollar pul alıb, böyük hissəsini mənimsəyib, əvəzində təmir adı ilə Alban memarlığında olan kilsələri erməniləşdirməyə cəhd ediblər. Buna 70 faiz nail olsalar da, kilsələrin tikiliş formasını, quruluşunu dəyişmək ağıllarına gəlməyib.

Kilsələrə baxan kimi dərhal bilinir ki, o dövrdə Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Qapı və pəncərələri Günəş doğan tərəfə tikilib. Erməni kilsələrinin əsas qapısı və pəncərələri elə tikilir ki, ora Günəş şüası düşməsin. Çünki onlar işığa yox, zülmətə xidmət ediblər. Çox az adam bilir ki, ermənilər öz kilsələrində şeytana ibadət məqsədilə insan qurbanları kəsiblər. Buna görə də qapı pəncərələri qaranlıq olan tərəfə tikiblər ki, onları görən olmasın.

Alban memarlıq üslubunun bütün ornamentlərində isə atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü Alban xaçlarında da özünü göstərir.

Birbaşa ermənilər “Münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının tələblərinin pozulmasının bir-bir üzə çıxmasını bilirlər və Azərbaycan dövlətinin onlardan buna görə təzminat ala bilmək hüququna malik olmasını görərək belə yalançı hay-küy salıblar”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678